Hörmətli oxuyucular,
Sizlərə bir çox təlimlərdə istifadə etdiyim (təbii ki auditoriyadan asılı olaraq) maraqlı bir özünü analiz etmə (self assestment) vasitəsini (tool) paylaşıram.
Bu vasitəsinin adı "Wheel of Life Balance" adlandırılır, yəni adından da bəlli olduğu kimi həyatda balansı tapmaq üçün istifadə olunur.
Bu günlərdə bu mini-analiz vasitəsi əsasən "Həyatımız balansdan çıxarsa nə etməliyik?" sualına cavab tamaq üçün istifadə olunur. Məsələn, əgər bütün günü işləyib sağlamlığımızı sıradan çıxarırıq və ya heç istirahət etmirik. Əlbəttə , biz bilirik ki, əgər iş ən vacib yer tutursa və Siz ona görə sağlamlığınıza və ailənizə diqqət ayırmırısınızsa, bu sağlam yanaşma sayılmır və fəlakətlə nəticələnə bilər. Eynisi din və ya sosial icmanız prioritet olarsa baş verə bilər. Lakin şəxsi rifahınızı deyil, yalnız ailənizi ilk planda tutursunuzsa, bu da təhlükəli ola bilr.
Burada başlıca ideya həyatda (və ya hər hansı bir vaxt intervalında) qoyduğumuz məqsədləri düzgün yerləşdirməkdir. Düzgün yerləşdirilərsə, balans pozulmayacaq.
Başlayaq!
"Wheel of Life Balance" məşğələsini etməkdən ötrü adi A4 kağızında dairə çəkib onu şərti olaraq 8 hissəyə bölün. Bu 8 hissəni özünüzə aid olan kimi adlandırın. Ümumi olaraq ailə, karyera, hobbi, sağlamlıq, şəxsi inkişaf və s. başlıqları hamıya aid etmək olar. 10 dəq rahat bir ortamda düşünəndən sonra bu başlıqlara mərkəzdən (kəsişmə nöqtəsindən) yuxarıya doğru (artan istiqamətdə) qiymətləndirmə aparın. Qiymətləndirməni apardıqdan sonra özünüzlə təklikdə qalıb fikirləşin...
Bu məşğələni ilin son günündə Sizlərlə paylaşmaqda məqsəd elə bu an 15 dəqiqənizi ayırıb 2019 analiz etməyinizdir..
Hamınıza 2020-də bol bol uğurlar arzulayıram!