Faq

Start IT təlim mərkəzində bütün yaş kateqoriyaları üzrə təhsil azərbaycan və rus dillərində aparılır
Əgər Sizin IT sahəsində heç bir təcrübəniz və biliyiniz yoxdursa, o zaman biz Sizə fundamental bilikləri verəcək IT Specialist kursunu məsləhət görürük. Bu kursda Siz 0-dan başlayaraq kompüterin komponentləri, əməliyyyat sistemləri, şəbəkənin əsaslarını dərindən öyrənəcəksiniz. Bu təməl biliklər Sizə daha sonra növbəti ixtisas seçimində yardımçı olacaq.
Bəli, kurs proqramını uğurla bitirən məzunlara şirkətimiz tərəfindən sertifikat verilir. Bunan əlavə kurs boyu tələbələrə beynəlxalq sertifikasiya imtahanlarını verməyə və sertifikat əldə etməyə təmənnasız olaraq yardımçı oluruq.
Öyrənmək üçün heç vaxt gec deyil. Bir çox böyük ölkələrdə, son illərdəki iqtisadi böhran nəticəsində bank, sığorda və digər xidmət sahəsində ciddi ixtisarlar baş verdi. İxtisara düşən bir çox insan özlərində motivasiya tapıb İT sahəsinə başladılar. Son zamanlar ən azı iki nəfər 40-50 yaş arası tələbəmiz yeni qruplarda bu sahəyə ilk addımlarını bizimlə atırlar.
Təlimçilərimiz öz ixtisasları üzrə uzun illərdi çalışan peşəkarlardır. Onların hər biri müxtəlif yerli və xarici şirkətlərdə çalışırlar. Ətraflı olaraq saytımızda Təlimçilər bölməsinə keçid alaraq təlimçilərimiz və onların çalışdığı iş yerləri ilə tanış ola bilərsiniz. Bundan əlavə hər gün ofisimizə yaxınlaşaraq müəllimlərimizlə üzbəüz görüşüb danışa bilərsiniz.
Biz 7 yaşdan 15 yaşadək Azərbaycan və Rus bölmələri üzrə uşaqları proqramlaşdırma və robot texnikası üzrə dərslərə dəvət edirik. Bu dərslər övladınızın mental inkişafına, riyazı və məntiqi təfəkkürünün gücləndirilməsinə, övladınızın gələcək məktəb və universitet dərsləri üçün yaxşı təməl quracaq. Bəlkədə övladınızda olan həvəsi vaxtında tapıb onu gələcəyə indidən hazırlaya biləcəksiniz.
Qiymətlərimiz şəffafdır və ayrı-ayrılıqda bütün kurslar üçün qiymətlər haqqında məlumatı saytımızın Kurslar bölməsində və ya ofisimizə müraciət edərək öyrənə bilərsiniz.