İnternetin sürətli inkişafı hər bir şəxsə, şirkətə veb servislərə ehtiyac yaradır. Veb saytlar,
mobil tətbiqetmələr, online xidmətlər artdıqca Veb Proqramçılara da tələb artır. 

 

İT sahəsində olan digər istiqamətlərdən fərqli olaraq Veb Proqramlaşdırma təhsili almaq üçün riyaziyyat və ya mühəndislik kimi fundamental biliklərin olması şərt deyil. Tədris proqramına qatılan tələbələrin gələcəkdə veb proqramçı olmaq üçün həvəslə çalışmaları kifayətdir.

Müasir dövrümüzün tələbatda olan sahələrindən WEB Proqramlaşdırmanı seçməyin üstünlükləri:

 

  • əmək bazarında olan tələb

 

  • işin yaradıcı/kreativ olması

 

  • diploma bir çox hallarda ehtiyac yoxdur

 

  • gənc yaşda mütəxəssis olmaq imkanı

 

  • qərar qəbul etmə azadlığı (bu və ya digər məsələni necə həll edəcəyinə veb-proqramçı özü qərar verir)

 

  • uzaqdan işləmək imkanı

 

  • freelance. Veb proqramçı olaraq işi təhsiliniz və digər işləriniz ilə uyğunlaşdıra bilərsiniz

 


Peşəkar müəllim, dərs materialları və iş noutbuku ilə yeni tələbələrimizi gözləyirik!