Scratch ilə kodlaşdırma nədir?   Scratch, MIT (Massachusetts Technology Institute) tərəfindən hazırlanmış əyani bir proqramlaşdırma dilidir. Bu dil xüsusilə 9-16 yaş qrupundakı tələbələr üçün yaradılmışdır. Bu dildən istifadə edərək öz oyununuzu proqramlaşdıra, öz animasiyalarınızı hazırlaya bilərsiniz və yaradıcılığınız daxilində gözəl əsərlər yarada bilərsiniz.   Scratch nədir? Scratch, proqramlarınızı vizual olaraq yaza biləcəyiniz bir proqramlaşdırma dilidir. Scratch ilə proqram qurmağı öyrənmək həm sadə, həm də zövqlüdür. Scratch-da kod yazmaq üçün bloklardan istifadə edirik. Blok sistemi sürüşdürüb və üzərində buraxmaqla qurulduğundan, proqramlarınızı tez və asanlıqla hazırlaya bilərsiniz. Bir oyunu Scratch-da proqramlaşdırmaq lego oynamağa bənzəyir. Lego oyunundakı kimi blokları yığırsınız. Düzgün blokları birləşdirsəniz, çox gözəl bir proqram, animasiya və ya oyun çıxacaq. Scratch günümüzdə proqramlaşdırma təhsilində ən çox istifadə olunan proqramlaşdırma dillərindən biridir. Dünyanın ən nüfuzlu universitetlərindən biri olan Harvard-da Scratch kompüter elmləri kursuna girişdə istifadə olunur. Scratch geniş yayılmış və populyar bir proqramlaşdırma dili olduğundan Scratch istifadə edərkən dəstək tapmaqda çətinlik çəkməyəcəksiniz.