Məktəblilər üçün proqramlaşdırma kursları uşaqların və yeniyetmələrin hərtərəfli inkişafına yönəlib. Bizim müəllimlərin yeganə məqsədi biliklərini bölüşmək deyil. Onlar uşaqlar və yeniyetmələrdə təhsilə maraq təbliğ etməyə çalışırlar. Məhz buna görə, Start IT-də tədris metodikası məktəb dərslərindən fərqlənir. Bizim dərslər maksimal olaraq interaktivdirlər və oyunlar formasında keçirilirlər.
Bundan başqa, tələbələrimiz hər birində 10 nəfərdən artıq olmamaq şərti qruplara bölüşdürülür. Bu yanaşma hər bir iştirakçının özünü reallaşdırması və məsələləri sərbəst həll etməyi öyrənməsi üçün şərait yaratmağa imkan verir.
Proqramlaşdırma kursunun sonunda övladınız aşağıdakı bilik və bacarıqlara yiyələnəcək:
- Praktiki IT biliklər
- Layihələri 0-dan yaratmaq
- Qarşıya məqsəd qoyaraq hədəfə çatmaq üçün yollar axtarmaq
- Qeyri-standart məsələləri həll etmək
- Nailiyyət qazanmağa maraq
- Gələcək inkişaf üçün baza bilikləri və yeni hobbi
Uşaqlar üçün proqramlaşdırma dərsləri tələbələr və böyüklər üçün dərslərdən fərqlənir. Şagirddə proqramlaşdırmaya maraq yaranması üçün, o qısa müddətdə nəticə görməlidir. Buna görə də, kurs ən sadə proqramlardan başlayır və tədris prosesində oyunlar və qrafiklərdən istifadə edilir. Artıq ilk dərslərdən şagird özünün oynaya biləcəyi və ya valideyinləri və dostlarına fəxrlə göstərə biləcəyi sadə oyunlar yaza biləcək.
Dərslər övladınızın məntiq və təfəkkürün ümumi inkişafına necə tövhə verəcək?
Proqramlaşdırmanın əsasında alqoritmlər dayanır. Alqoritmin nə olduğunu yada salaq. Alqoritm - planlaşdırılan nəticəyə çatmaq üçün yerinə yetirilməli olan addımlar ardıcıllığıdır. Ətrafımıza nəzər salsaq alqoritmlərlə əlaqəli olan bir çox proseslər müşahidə edə billərik – tikinti, kulinariya, avtomobil idarə etmə və bir çox digər proseslər alqoritmlərə əsasən yerinə yetirilir.
Alqoritmlərlə işləmə bacarığının real həyatda necə kömək olacağına dair sadə misala nəzər salaq. Bir çoxlarımız kompüter arxasında çalışır, iri həcmli informasiya emal edir, sənədlərlə işləyirik, və, bu zaman vaxt və enerjimizi tükədən eynitipli əməliyatlar yerinə yetirmək məcburiyyətində qalırıq. Lakin rutin əməliyatların icrasını sürətləndirməyə və vaxta qənaət etməyə imkan verən yetəri qədər texniki həll yolları mütəxəssislər tərəfindən hazırlanmışdır. Hətta müəyyən işləri insanların əvəzinə yerinə yetirə bilən proqramlar da mövcuddur.
Yeni başlayanlar üçün proqramlaşdırma kursu övladınıza şəxsi təcrübəsində proqramçı işini yoxlaması və məntiqi təfəkkürünü inkişaf etdirməsinə kömək olacaq. Kursa istənilən hazırlıq səviyyəsi ilə başlamaq olar. Kursun proqramı əsasları dərindən öyrənməyə imkan verərcək və ən əsası, bəlkə də övladınız IT sahəsində karyera başlmağa maraq göstərəcək!