Python niyə gələcəyin proqramlaşdırma dili hesab olunur?

Netflix, Google, Uber, Spotify, Apple və Microsoft kimi böyük şirkətlərin ortaq cəhəti nədir? Bu nəhəng şirkətlərin hər biri “Python proqramlaşdırma dilinin gələcəyi nədir?” sualının cavabının çox parlaq olduğuna inanır. 2022-ci ildə ilk buraxılışının 31 illiyini qeyd edən Python müasir dünyada ən çox seçilən və istifadə olunan proqramlaşdırma dillərindən biri hesab olunur. Bunun da ən böyük səbəbələrindən biri də odur ki, Python 21-ci əsrdə heyrətamiz və davamlı inkişaf tendensiyası göstərir. Bu da onun proqramlaşdırma dillərinin inkişafı üzrə reytinqdə sabit irəliləyişini göstərir. Python-un inkişaf sürəti, əlbəttə ki, təsadüfi və asanlıqla əldə olunan bir şey deyil. Python proqramlaşdırma dili proqramların hazırlanması, veb proqramların hazırlanması, oyunların hazırlanması, elmi hesablamalar, sistem idarəçiliyi və s. üçün ən yaxşı şəkildə istifadə olunur.