Proqramlaşdırma dərsləri
2024-03-14

👋🏻Salam, mənim adım Sürəyyadır. Mən Start İT-də Scratch və Python proqramlaşdırma dillərindən dərs deyirəm.
💡Bu proqramlaşdırma dillərinin hər biri haqqında bir az məlumat vermək, həmçinin valideynlərin tez-tez verilən suallarına cavab vermək istərdim.
💡Gəlin Scratch-dan başlayaq və onun uşağınız üçün faydalarından danışaq. Bu vizual proqramlaşdırma dili 2003-cü ildə 7-15 yaş arası uşaqlar üçün hazırlanmışdır. Əgər uşağınızın proqramlaşdırmanı erkən yaşlarından öyrənməyə başlamasını istəyirsinizsə, o zaman Scratch əla seçimdir. Scratch alqoritmlər, maraqlı tapşırıqlar və özləri hazırladığı proqramlar İT dünyasına ilk addımı atmağa imkan verəcək proqramlaşdırma dilidir.
Scratch-də hər şey yalnız istifadəçinin təxəyyülündən və bacarıqlarından asılıdır: siz cizgi personajı, cizgi filmi və ya istədiyiniz bir oyunu yarada bilərsiniz.
💡Scratch kursunu bitirdikdən sonra növbəti mərhələ Python dilidir🐍. Python onlarla digər simvolik sistemlər arasında ən çox tələb olunan və populyar proqramlaşdırma dillərindən biridir və internet proqramlarında, proqram təminatının hazırlanmasında, məlumat elmində və “machine learning”-də istifadə olunur.
Python dilini yeniyetməlik illərində öyrənməyə başlamaq tövsiyə olunur, çünki bu dil məktəblilər üçün ilk proqramlaşdırma dili kimi idealdır.