Mənim adım Rəna Məmmədzadədir. Mən 2 ildən çoxdur ki, Start İT-də Scratch vizual proqramlaşdırma, WEB proqramlaşdırma və MİT App İnventor üzrə təlimçiyəm. İstiyərdim sizə MİT App İnventor haqqında danışım.
Bu, Android cihazlar üçün tətbiqlərin inkişafını sadələşdirmək məqsədi ilə yaradılmış, inkişaf etmiş bir platformadır.
Tətbiq ixtiraçısı Massaçusets Texnologiya İnstitutunda (MIT) hazırlanıb, 2010-cu ildə ilk buraxılışı olub və o vaxtdan etibarən proqram tərtibatçıları arasında populyarlaşıb. İnterfeysdə 19 dildən istifadə olunur.
Proqramlaşdırma təcrübəsi olmayan insanlara intuitiv vizual interfeysdən istifadə edərək öz programlarını yaratmağa imkan verir. MIT App Inventor istifadəçilərin GPS, kamera, verilənlər bazası və s. daxil olmaqla tətbiqlərinin funksionallığını inkişaf etdirmək üçün istifadə edə biləcəkləri əvvəlcədən qurulmuş komponentlər toplusunu təqdim edir.
MİT App Inventor-un əsas xüsusiyyətlərindən biri onun istifadəsinin asanlığıdır. İstifadəçilər sadəcə blokları sürükləmək və onları bir-birinə birləşdirməklə proqramlar yarada bilərlər ki, bu da proqramların yaradılması prosesini intuitiv edir. Bu, proqramların yaradılmasını yaradıcı prosesə çevirir, çünki istifadəçilər işlərinin nəticələrini demək olar ki, dərhal görə bilirlər.
Bu, tələbələr, müəllimlər və dərin proqramlaşdırma biliyinə ehtiyac olmadan mobil proqramlar yaratmağı öyrənmək istəyən hər kəs üçün əla platformadır.
Rəna Məmmədzadə