2-3 mart Bakıda keçirilən Robotex Azərbaycan Avrasiya çempionatında komandalarımız uğurlu qalibiyyət qazandı! Çox qürurlu və həyəcanlıyıq!
Təcrübəli təlimçimiz Rəna Məmmədzadənin “Eco fighters” komandası Robot league üzrə 3-cü yeri tutaraq “The best idea” nominasiyasına layiq görüldü!
Təlimçimiz Diana Həziyevanın “Ecomobility innovators” komandası Robot league üzrə “The best coding” nominasiyası ilə 3-cü yerə layiq görüldü!
Mini Sumo üzrə “Sumo Legends” komandamız 3-cü yerə, “Sumo Warriors” komandamız isə 2-ci yerə layiq görüldü!
“Sumo Heroes” komamdamız “jüri özəl” mükafatına layiq görüldü.
Line followers üzrə “Line Masters” komandamız 2-ci yerə layiq görüldü!
Hər kəsi təbrik edirik! Daha böyük uğurlar qazanmamımız diləyi ilə!