27 aprel tarixində “Start İT” şirkətinin təşkilatçılığı, Azərkosmos , SABIS® SUN Beynəlxalq məktəbi, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Moon Group şirkəti, “Gamenote Baku” multi brend oyunlar mağazası, “Tredu” şirkəti, “Tedroid” və “Texnojurnal” media qrupları, “iComp” kompyuter mağazasının və “İrşad” mağazalar şəbəkəsi tərəfdaşlığı ilə ölkənin ən böyük uşaq və yeniyetmələr arası proqramlaşdırma olimpiadası olan “Code Fest 2024” baş tutdu.

600 nəfərin iştirak etdiyi və sayca artıq üçüncüsü keçirilən, proqramlaşdırma və robototexnika üzrə doqquz kateqoriya üzrə təşkil olunan genişmiqyaslı olimpiada 5-15 yaşlı uşaq və yeniyetmələri əhatə etmişdir.

Olimpiada 3 yaş kateqoriyası üzrə, 5-7, 8-11 və 12-15 yaşlı usaqlar arasında Robototexnika Lego Wedo 2.0 (5-8 yaş), Scratch ilə vizual proqramlaşdırma, 3D modelləşdirmə , Python və mBot platforması üzrə Robo Futbol kateqoriyalarını əhatə edirdi.