Uşaqlar üçün İT, proqramlaşdırma və robot texnologiyaları üzrə ölkənin qabaqcıl tədris mərkəzlərindən olan  Start IT tərəfindən təşkil olunacaq “Proqramlaşdırma Olimpiadası” 2023-cü ilin May ayının 21-də Bakı şəhərində “Sabis Sun International School” beynəlxalq məktəbində keçiriləcək.

Olimpiada 5-15 yaşlı uşaqlar arasında robot texnikası və proqramlaşdırma biliklərinin yoxlanılması və istedadlı gənclərin aşkarlanması məqsədi ilə keçirilir. Hər il keçirilməsi planlaşdırılan “Proqramlaşdırma Olimpiadası”nda uşaq və yeniyetmələrin öz bilik və bacarıqlarını nümayiş etdirərək beynəlxalq yarışlara qatılmasına şərait yaradacaq.

Şirkət tərəfindən ötən ilin 15 may tarixində keçirilən yarışda Bakı, Sumqayıt və regionlardan 214  şagird iştirak edib.

Yarışda qeydiyyatdan keçmək yalnız aşağıdakı link vasitəsi ilə mümkündür:

http://bit.ly/3GdcwqV