Start IT təlim mərkəzi tərəfindən təşkil olunan "Proqramlaşdırma Olimpiadası" 15 May 2022-ci il tarixində Bakı şəhərində keçirilmişdir.
Olimpiada 6-15 yaşlı uşaqlar arasında IT və Proqramlaşdırma biliklərinin yoxlanılması və istedadlı yeniyetmələrin aşkarlanması məqsədilə keçirilən turnirdir. Gələcəkdə ənənəvi formada hər il keçirilməsi planlaşdırılan turnir yeniyetmələrin öz bilik və bacarıqlarını nümayiş etdirərək beynəlxalq yarışlara qatılmasına şərait yaradacaqdır.
Yarışmada iştirak üçün Bakı, Sumqayıt və regionlardan 41 məktəbdən 200-dən çox şagird qeydiyyatdan keçmişdir.
Mükəmməl anlarla başa çatan Proqramlaşdırma Olimpiadasına bir də belə baxaq: