Süni zəka üzrə təhsil alanların Azərbaycanda iş tapmaq imkanları varmı? İT ixtisaslarına gələcəkdə tələbat olacaqmı? Virtual reallıq gerçəkliyi əvəz edəcəkmi?

Bu kimi suallar 5-17 yaş məktəblilər üçün “Alpha-Omega” şirkəti tərəfindən təşkil olunmuş “Tech 1st” adlı yarışma zamanı müzakirələrə səbəb oldu.

Yarışma proqramlaşdırma, robototexnika, 3D modelləşdirmə sahələri üzrə müxtəlif yaş qruplarını əhatə edirdi və “Sabis Sun” beynəlxalq məktəbində Alpha-Omega marketinq agentliyinin təşkilatçılığı, Developia şirkətinin baş sponsorluğu və Azərbaycan Respublikasının Kosmik Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Mars Academy, Engeneering for Kids, Start IT kimi qabaqcıl IT məktəblərinin tərəfdaşlığı və həyata keçirildi. Şagirdlər proqram yazılması, robot hazırlanması kimi istiqamətlərdə öz bacarıqlarını nümayiş etdirdilər və ən yaxşı nəticəni göstərən şagirdlər həm qiymətli hədiyyələrlə, həm də pul mükafatı ilə təltif olundular.

Yarışda mərkəzimizin tələbələri yüksək nəticələr əldə edərək diplom və digər hədiyyələr ilə təltif olundular. Yeniyetmələrin yarışmasında Scratch kateqoriyası üzrə Cəsur Məmmədzadə 1-ci yer, 3D modelləşdirmə üzrə Yahya Quliyev 1-ci, App Inventor kateqoriyasında Aydan Cəfərova 1-ci, Leyla Şərifova 2-ci, Məhəmmədəli Babazadə isə 3-cü yerə laiq görüldülər.

10 yaşa qədər uşaqların yarışmasında proqramlaşdırma üzrə Nadir Kərimov 1-ci, Riyad Kazımov 2-ci, Zülfiyyə Sanılı isə 3-cü yeri qazandılar. Robot texnikası yarışmasında 1-ci yeri Fərid Zalov, 2-cini Elman Cəfərov, 3-cü yeri isə Rafiq Hüseynzadə qazana bildi.

Qeyd edək ki, tədbirin sponsorları “Fominov Consulting”, “Lenovo” və “Print Art Plyus” şirkətləri olub.