Şəbəkə Administratoru kursu İT sahəsində müəyyən təcrübəyə malik olan və ya təzə başlayanlar üçün nəzərdə tutulan kursdu. Bu kursun kurrikulumu Cisco Certified Network Associate (CCNA Routing and Switching) sertifikasiya proqramına uyğun aparılır və kursun sonunda tələbələr CCNA imtahanını verib bu prestijli sertifikatı əldə edə bilərlər.

 

Hər bir kompüteri olan müəssisənin Şəbəkə İnziatçısına ehtiyac var.  Onların vəzifəsi müəyyən infrastruktur çərçivəsində bütün şəbəkəyə və onun qurğularına nəzarət etmək və çıxan nasazlıqları aradan qaldırmaq, yeni avadanlıqları konfigurasiya etmək, şəbəkənin təhlükəsizliyinə nəzarət etməkdir.

 

Kursun müddəti 3 ay, həftədə 2 dəfə 2 saat olmaqla keçirilir.

 

Kurs nəzəri və praktiki (real LAB-lar) əsasında tədris olunacaq.

Təlimçi -  Hikmət Heydərov, ölkəmzin aparıcı banklarının birində Aparıcı Şəbəkə Administratoru mühəndisi vəzifəsində çalışır və CCNA R&S, CCNA Security və CCNP R&S sertifikatlarına sahibdi.