Hal hazırda İnformasiya Texnologiyaları bazarında mövcud olan rəqabət, iş axtarışında olan namizədlərin daha çox bilik və təcrübəyə malik olmasına “məcbur” edir. Belə ki İnformasiya Texnologiyalarında ilk addımlardan olan IT Support/Help Desk/IT Specialist vəzifələrinə işə düzəlməkdən ötəri namizədlər əvvəlki illərə nisbətən daha çox bilik və bacarıqlara malik olmalıdırlar.
Bu kurs özündə Comtpia A+ və Cisco IT Essentials sertifikasiya proqramlarının bir çox hissəsini , həmçinin Cisco şəbəkə avadanlıqları haqqında anlayış, router, switch, Access point konfigurasiya və troubleshooting eləmək, eləcə də Windows Server 2016 sahəsində bir neçə mövzuları əhatə edəcəkdir.
Kursun sonunda siz çox rahatlıqla 0-dan server qaldırmaq, domen infrastrukturunu qurmaq, Cisco şəbəkə avadanlıqları ilə işləmək üçün yetəri bilikləri qazanacaqsınız. Bu biliklər Sizə rahatlıqla İT karyeranızda ilk addımı atmağa köməklik göstərəcəkdir. Bütün bu bilikləri digər kurslara gedib çox pul və vaxt sərf edib ayrı ayrlıqda öyrənə bilərsiniz, sadəcə başlamaq üçün bizimlə az pul sərf edib çox bilik qazana bilərsiniz. Biz başlamaq üçün lazım olan bütün materialları sizə öyrədəcəyik. Buna bizim illərin təcrübəsi əminliklə deməyə kömək edir.
Kurs müddətində müəllimlər tərəfindən tələbələrə daha çox praktiki məşğələlər keçiriləcək, bunun üçün Laboratoriya şəraiti və lazimı avadanlıqlar imkan verir. Tələbələrimiz özlərini real iş həyatındakı kimi öyrəndikləri nəzəri bilikləri praktikaya çevirəcəklər.
Kursun müddəti 3 ay , həftədə 2 dəfə 2 saat olmaqla keçirilir.
Təlimçi: Azər Sanılı, Cavid Əskərov