“IT Fundamentals” kurs proqramı maliyyə, tikinti, hüquq, təhsil və digər sahələrdə çalışan mütəxəssislər üçün nəzərdə tutulmuş praktiki kursdur.
İnformasiya Texnologiyaları gündəlik iş həyatımıza çox sürətlə inteqrasiya edir və iş yerlərində professional mütəxəssis kimi effektiv fəaliyyət göstərə bilmək üçün bir sıra İT biliklərin olması olduqca əhəmiyyətlidir. Bu proqram məhz bu bilikləri sizlərə oyrətmək üçün tərtib edilşdir. Proqramı bitirdikdən sonra Siz gündəlik iş və ya şəxsi həyatınızda lazım olan İT bilikləri mənimsəyəcəksiniz.
IT Fundamentals kursu cəmi 5 dərsdən ibarət olacaq. Dərslər həftənin istənilən günü Sizin rahatçılığınız üçün Sizin ofisinizdə və ya Start IT-nin ofisində keçirilə bilər. Cəmi 5 dərsə siz gündəlik iş və ya şəxsi həyatınızda köməyinizə çatacaq bilikləri əldə edib bilik bazanızı möhkəmləndirəcəksiniz.
Dərslər həftədə 2 dəfə olmaqla 2.5 həftə davam edəcək.
Korporativ müştərilərə və ya qrup şəklində müraciət edənlərə xüsusi paketlər təqdim edəcəyik.