Uşaqlar üçün robot texnikası ve programlaşdırma kursu, sizin uşağınızın robot ve proqramlaşdırma ilə özünə yeni dünya kəşf etməsinə kömək edir. START IT tədris mərkəzində keçirilən dərslərdə uşaqlar onların yolunu gözləyən mühərriklər, ötürücü və mikrokontrollerlər vasitəsi ilə öz ilk robotlarını quracaqlar.

Robot texnikası kursu riyaziyyat, fizika, informatika və elektronika elmlərinin əsasında yaradılıb. Robot texnikası ilə məşqul olmaq istəyən gənc tələbə mütləq şəkildə dəqiq elmlərə maraq göstərməlidir, çünki əks halda biz uğur qazana bilmərik.

Uşaqlar kurs boyunca Lego, mBlock və Arduino platformaları ilə məşğul olurlar.

Professional təlimçilərimiz, hər uşağa şəxsi yanaşaraq onlara öz bacarıqlarını kəşf etməsi üçün yol göstərir və kömək edirlər. Dərslərimiz böyük qruplardan ibarət olmur və ən önəmlisi isə biz hər bir tələbimizi kurs boyu məşğul olacağı kompüter ve dərs platforması ilə təmin edirik.

Biz hər bazar günləri robot texnikası və proqramlaşdırma ilə maraqlanan tələbələr üçün pulsuz yoxlama dərslər keçiririk. Biz Sizə təklif edirik ki, bizim yoxlama dərsimizə qatılasınız və uşağınızın necə zövq aldığından tam əmin olasınız.

Unutmayaq ki, proqramlaşdırma və robot texnikasının öyrənilməsində sağlam təməl atmaq üçün ən uyğun yaşlar erkən yaşlardır.

Sağlıqla qalın və özünüzü qoruyun.