Instagram hesabınızın təhlükəsizliyi
2020-03-23

Son zamanlar müxtəlif tədbirlərdə, görüşlərdə və şəxsi görüşlərim zaman daxil olan sorğularda hər hansısa bir şirkətin və ya şəxsin instagram accountunun (hesabının) bağlanılması, oğurlanması kimi faktları ilə qarşılaşıram. Bu siyahıda xidmət sahəsində nəinki çox tanınmış şirkətləri, həmçinin məhşur şəxsləri də görmək olur. Belə hallarla qarşılaşmış insanları və ya şirktləri anlamaq elə də çətin deyil, çünki onların illərlə çəkdiyi zəhməti, topladığı izləyici sayını, keçirdiyi müxtəlif kampaniyalar hamısı bir heç olmamış kimi yoxa çıxır.  Səbəblər müxtəlifdir, təhlükəsizliyin ciddiyə alınmaması (* qeyd) və ya bilməyərəkdən zəif olması, şəxsi qərəzlik və s. Bir çoxları yeni səhifə açıb an etibarı ilə daha diqqətli olacaqlarına özü özlərinə söz verir, bu işlə məşğul olan işçiləri işə götürür, digərləri isə “Instagram səhifələrinin bərpası” ilə məşğul olan şirkətlərə  və ya fərdi şəxslərə ödəniş etməklə səhifələrini geri qaytarırlar. Qeyd etmək istəyirəm ki, yuxarıda adı çəkilən xidməti göstərən şəxslər və ya şirkətlər arasında da fırıldaqçılar çoxluq təşkil edirlər. Bir tərəfdən səhifənin oğurlanması, digər tərəfdən fırıldaqçıya ödənilən batmış pul, ümidlər, əsəblər...

 

Bu yazımda mən Sizə Instagram hesabınızın maksimal dərəcədə təhlükəsiz qalması üçün bəzi metodlardan danışacam.

 

  • Şifrə! Bəli, ilk növbədə şifrə. Şifrə mütləq şəkildə böyük, balaca hərflərdən, simvollardan (!, @,?) və rəqəmlərdən ibarət kombinasiyanı təşkil etməlidir. Məsələn [email protected]!9. Əgər şifrəni fikirləşməkdə çətinlik çəkirsinizsə, o zaman şifrə generatorlarından istifadə edə bilərsiniz (lakin təhlükəsizlik səbəblərinə görə online şifrə generatorlardan istifadə etməyi tövsiyyə etmirəm).


 

 

  • Qeydiyyat zamanı aktiv olmayan (** qeyd) email ünvanınızı yazmayın, çünki səhifənin ayarlarında gördüyünüz işlər bitdikdən sonra mütləq şəkildə təsdiq etmək (confirmation) lazımdır. Email ünvanınıza gələcək link-ə keçid edərək təsdiq edə bilərsiniz, telefon nömrəsi üzərində təsdiq edərsinizsə, nömrənizə sms gələcək. Bir çox hallarda səhifəni SMM mütəxəssis yaradır. Həmin SMM-şik müəyyən səbəblərdən şirkətdən ayrıldıqda, email və ya nömrəsini dəyişir və ya unudur, səhifə isə həmin o email/nömrəni istifadə etməklə yaradılmışdı. Belə halların baş verməməsi üçün işinizi öncədən sığortalayın.
     

 





 

  • Two factor authentication. Ümümiyyətlə bu autentifikasiya metodundan tək Instagramda deyil, bir çox hesablarınızda və proqramlarda istifadə etməyi tövsiyyə edirəm. Two factor authentication metodunda İnstagram Sizin səhifədə qeyd etdiyiniz telefon nömrəsinə SMS göndərir, həmin SMS-də olan təsdiq kodunu Siz telefonda yazaraq səhifəyə daxil olursunuz. Bununla da tanımadığınız şəxsin, Sizin Instagram hesabınızın şifrəsini bilməsi artıq kifayət etmir, çünki SMS-dəki kodu daxil etməsəniz, səhifəyə daxil olmaq mümkün olmayacaq.



 









 

  • Phishing emaillər. Fırıldaqçılar Sizin səhifəni ələ keçirmək üçün bir çox üsullara əl ata bilərlər. Çünki bir sahibkarın, influencerin, bloggerin biznesi/satışı online səhifəsi üzərindən aparılır. Xakerlərin növbəti üsulu isə Sizin diqqətinizi imtahan edəcək. Ani bir diqqətsizliyiniz, məlumatlarınızın üçüncü şəxslərə ötürülməsinə gətirib çıxaracaq. Misal üçün, Siz Instagram dəstək xidmətindən bir email alırsınız və o emaildə Instagram hesabınızı təsdiq etmək üçün aşağıdakı linkə keçid və ya hər hansı bir düyməni basmağınız deyilir. Siz bunu edirsiniz, lakin  sonra fikir verirsiniz ki, əslində email Instagram-dan deyil, başqa şəxslərdən gəlib. Sadəcə, göndərən şəxs öz email ünvanını, və ya email ünvanındakı başlığı Instagram-ın elektron xidmətlərinə oxşadıb. Bu tip emailləri tək sosial şəbəkə üçün deyil, gündəlik həyatınızda (bank hesabları, email və s.) ala bilərsiniz. Bu məsələdə çox diqqətli olmağınızı tövsiyyə edirəm, çünki sizin məlumatları ələ keçirmək (hack etmək) istəyənlər, sizin haqqınızda artıq müəyyən məlumata sahibdirlər. Bəzən yaxın dost, qohum və ya ailə üzvünün adını istifadə edərək onlardan sizə email “göndərə” bilərlər.


 




 

  • Bu linkə keçid edərək Instagram hesabınıza bağlı olan və səhifənizə giriş icazəsi olan əlavələrin (applicationların) siyahısını görə bilərsiniz. Bu siyahıya diqqətlə nəzər salın, sizə lazım olmayan və şübhəli olan əlavələri/proqramları buradan silin. Aşağıdakı şəkildə, Instagram hesabına heç bir əlavə proqrama icazə verilmədiyi görsənilir.

 

 

 

 

 

Dəyərli vaxtınızı sərf edib bu postu oxuduğunuz üçün təşəkkür edirəm. Növbəti yazılarda Sizi maraqlandıracaq mövzulara toxunmağımı istəyirsinizsə, bu barədə mənə sosial şəbəkələr və ya saytımızın Əlaqə bölməsi vasitəsi ilə fikirlərinizi mənimlə paylaşa bilərsiniz.

Hörmətlə,

Azər Sanılı

 

 

Qeydlər:

* Bəzən ciddi təşkilatların, şirkətlərin və bəzi məhşur insanların sosial şəbəkə və ya email hesabında olan şifrəni görüb lap dəhşətə gəlirsən 😊

 

** Aktiv olmayan – işlətmədiyiniz, şifrəsini bilmədiyiniz və bərpa edə bilməyəcəyiniz email hesabı